EN

Rus əsgərin arvadı ərinin tabutunu açdırdıqdan sonra dəhşətə gəlib

Xüsusi hərbi əməliyyatın iştirakçısının dul qadını ərinin cəsədi olan sink tabutu açdırıb və gördüklərindən dəhşətə gəlib.

Herbiand.az bildirir ki, bu barədə 47News məlumat yayıb.

Rusiyalı qadın döyüşçü ərinin ölümünün rəsmi səbəbini şübhə altına alıb. Tibbi arayışda onun kəskin ürəyin işemik xəstəliyi olduğu qeyd edilib. Ancaq, döyüş bölgəsinə göndərilənə qədər kişinin səhhətində problem olmayıb. Bundan sonra dul qadın tabutun açılmasını tələb edib.

“Açılanda baxıram - onun bütün üzü sanki turşu ilə yandırılıb, çəhrayı rəngdədir, gözü, burnu, ağzı yoxdur, qarnında güllə yarasına bənzəyən iki dəlik var, sağ əli yoxdur və sağ ayağının aşağı hissəsi yoxdur, bədəni eybəcərləşib”, - qadın bildirib.

47News qeyd edir ki, qadının gördükləri ona verilən ölümün rəyi ilə kəskin şəkildə ziddiyyət təşkil edir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
66
herbiand.az

1Sources