EN

Türkiyə ilə birgə film çəkilməsi barədə fikir mübadiləsi aparılıb



Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə baş direktoru Birol Güvenlə görüşüb.

Newscenter.az Mərkəzə istinadən bildirir ki, Kino Baş direktorluğunda keçirilən görüşdə iki ölkənin Mədəniyyət nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq üzrə Yol xəritəsinə daxil olan “Kino sektorunda təklif olunan layihələr” müzakirə olunub.

Görüşdə qarşılıqlı Film Günləri tədbirlərinin təşkili, ən yaxşı təcrübələrin bölüşüldüyü ustad dərslərinin təşkili və birgə film çəkilməsi barədə fikir mübadiləsi aparılıb.

Süleyman
Chosen
12
newscenter.az

1Sources