Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Paddok həmişəki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.
İdmançılarımız Hindistanda 4 medal qazanıblar
İdmançılarımız İtaliyada keçirilən turnirdə 16 medal qazanıblar
Badmintonçularımız beynəlxalq yarışda 6 medal qazanıb
MOK-da iclas keçirilib
Avropa çempionatına 4 kateqoriyada 6 idmançımız yollanır