EN

Elon Musk və Tramp admistirasiyasının nazirləri arasında ciddi qarşıdurmaya yaşanır

ABŞ prezidenti Donald Trampın tapşırığına müvafiq olaraq Dövlət İdarəetməsinin Səmərəliliyi Deparlamenti dövlət orqanlarında çalışan işçilərin ixtisarına başlayıb. İlon Muskun rəhbərlik etdiyi bu qurum dövlət orqanlarında çalışan işçilərə məktubla müraciət edərək onlara bir neçə sual verir və bunları cavablandırmasını istəyir.

Suallara düzgün cavab verməyən şəxslər isə işdən azad edilir. Qısa müddətdə başlanan bu proses artıq xeyli sayda insanın işi itirməsinə səbəb olub. Tramp - Musk cütlüyü dövlət orqanlarının səmərəliyini artırmaq istəyərkən ciddi problemlərin yaranmasına səbəb olur. İlk növbədə bu tədbir ölkədə işsizlər ordusunun yaranması ilə nəticələnib. İxtisaslı və təcrübəli işçilərin bir çoxu işdən ayrılıb ki, bu da onların Tramp hökumətindən narazı qalmasına gətirib çıxarıb. Xüsusilə nəzərə alaq ki, bu şəxslərin bir çoxu yüksək təhsillidir, bu onların özəl sektorda, xüsusilə də Tramp - Musk cütlüyünə müxalif olan kəsimin yanında yer almasına səbəb olacaq. Bu isə növbəti seçkilərdə Respublikaçılar Partiyasının əlehinə işləyəcək bir məsələdir. İkincisisi isə baş verən bu hadisə Trampın admistirasiyasında təmsil olunan nazirlərlə Elon Muskun münasibətlərinin gərginləşməsinə səbəb olur. Onlar rəhbərlik etdikləri qurumun əməkdaşlarının milyader tərəfindən bu şəkildə vəzifədən uzaqlaşdırılmasını qəbul etmirlər. Artıq nazirlərin bir çoxu öz əməkdaşlarına Muskun deparlamentinin məktubunu cavabsız qoymaq barədə tapşırıq verib. Onsuzda əvvəldən Elon Musk və Tramp admistirasiyasının nazirləri arasında ciddi qarşıdurmaya yaşanırdı. Ehtimal ki, Musk ixtisarladan həm də nazirlərin əlini zəiflətmək və hökumətdə öz hegomonluğunu qurmaq üçün istifadə edir. Bu isə gələcəkdə komanda daxilində ciddi istefalar və siyasi qarşıdurmaya səbəb ola bilər. Məsələnin başqa bir tərəfi isə həmən şəxslərin xarici ölkələrin kəşfiyyat hədəfinə tuş gəlməsidir. Onların bəziləri ciddi məlumatların daşıyıcısıdır. Bu isə Çin və Rusiya kimi ölkələrin diqqətindədir. Adıçəkilən ölkələrin kəşfiyyatı üçün həmən şəxsləri tapmaq heç də çətin deyil. Çünki onlar internet resursları vasitəsi ilə iş elanları verirlər və nəticədə asan şəkildə tora düşürlər. Məsələnin ən təhlükəli tərəfi budur ki, İlon Musk həmən məktubu Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi strateji qurumlara da göndərib. Bu isə ölkədə ciddi tənqidə səbəb olub. Nəzərə alaq ki, bu qurumların əməkdaşlarının bir çoxu gizli şəkildə həssas bölgələrdə fəaliyyət göstərirlər. İlon Muskun bu davranışı həmən şəxslərin ifşa olunmasına gətirib çıxara bilər. Donald Tramp ən yaxın müttəfiqi səbəbi ilə ciddi tənqidlərə məruz qalır. Bu gedişlə prezidentin 2 yolu qalacaq. Ya Musk ilə yollarını ayırmaq. Ya da gələn tənqidləri görməzdən gələrək yola davam etmək.

Politoloq Zeynal Əmirəliyev

visiontv.az



Chosen
30
visiontv.az

1Sources