EN

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - Yenilənib

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb...

"Report"un Qarabağ bürosunun məlumatına görə, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Bununla da Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend -in bölgə müxbiri xəbər verir ki, Ağdərə rayonunun Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 25 ailə - 75 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Poliqon.info

Chosen
101
49
poliqon.info

10Sources