EN

Rövşən Hüseynli Azərbaycan millisinin heyətindən çıxarıldı

Təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib. Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.Məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla, 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.

Chosen
20
4
metbuat.az

5Sources