Təlim-məşq toplanışını davam etdirən futzal millimizin heyətində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21.00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.