EN

YENİ DÜNYA DÜZƏNİ- Baş verən proseslər Azərbaycana necə təsir edəcək?- ŞƏRH

“Rusiya-Ukrayna savaşının qlobal təsirləri, savaşın ilk günlərindən özünü biruzə verməyə başladı və bu gün də davam etməkdədir. Düşünürəm ki, bu təsir hələ xeyli müddət davam edəcək”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, Avropanın ayrı-ayrı ölkələrində tez-tez dəyişən baş nazirlər, istefalar, növbədənkənar seçkilər, radikal sağ təmayüllü siyasi qüvvələrin artan reytinqləri, Suriya və Qəzza başda olmaqla, Yaxın Şərqdə baş verən proseslər bütövlükdə Rusiya-Ukrayna savaşının təsir və təzahürləridir:

“Gərginləşən ABŞ-Avropa münasibətlərini, ABŞ-nın Kanada, Qrenlandiya və Panama kanalına rəsmən sahiblənmək iddiaları, eyni zamanda dünəndən elan olunan ticarət savaşları Rusiya-Ukrayna savaşının qlobal bir savaşa dönüşdüyünün bariz nümunəsidir. Artıq İkinci Dünya Savaşından sonra qurulan dünya düzəni də, onun yaratdığı beynəlxalq qurumlarda çöküb. NATO, BMT, AB kimi köhnə dünyanı xarakterizə edən qurumların taleyi naməlumdur. Çox güman ki, Yeni Dünyada bu qurumlar tarixə qovuşacaq.

Yeni Dünya Nizamına çox sürətlə adaptasiya olmağa hazırlaşan, tərəfin bəlli edən çox azsaylı ölkələr var ki, onlardan biri də Azərbaycandır. Cənab Prezident İlham Əliyevin son dərəcə dəqiq hesablanmış, zərgər dəqiqliyi ilə ölçülmüş mükəmməl diplomatiyası sayəsində ölkəmiz Yeni Dünyaya keçiddə ən uğurlu mövqedədir. Mükəmməl infrastruktura sahib olmağımız, düzgün enerji siyasəti yürütməyimiz, ərazi bütövlüyümüzün tam təmin olunması, “Bir kəmər, bir yol” proyektində, Avropanın enerji təhlükəsizliyində oynadığımız əsas və önəmli rol ölkəmizi regional gücə, etibarlı tərəfdaşa çevirib. Bütün provakasiyalara baxmayaraq qonşularla qarşılıqlı hörmətə və sülhə söykənən siyasət Azərbaycanın dünya nəznində güvənini artırmışdır. Əminliklə demək olar ki, zəngin resurs və geniş imkanları, eyni zamanda, bu potensialdan düzgün istifadə nəticəsində Azərbaycan Yeni Dünya düzənində öz layiqli yerini alacaq”.

//Gülnarə Abasova, Editor.az

Chosen
9
editor.az

1Sources