Aprelin 1-dən iyunun 13-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək.
Ölkə.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Təlim-məşq toplanışının hər bir iştirakçısı müəyyən edilmiş qaydada 25 təqvim günündən çox olmayan müddətə keçiriləcək.
Ehtiyatda olan hərbçilərin hansı məqsədlə təlimlərə cəlb olunmalarının məqsədi barədə məlumat verilmir.
Həmidə İbrahimova