EN

Azərbaycan futzal millisinin əsas qapıçısı zədələnib

Bakı, 6 mart, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində Yunanıstan yığması ilə oyuna hazırlığı davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb.

Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, martın 11-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Chosen
37
2
azertag.az

3Sources