EN

İki ölkə sərhədində silahlı toqquşma olub

İki

İordaniya sərhədçiləri Suriyadan ölkə ərazisinə keçməyə cəhd edən qaçaqmalçıların silahlı qrupları ilə toqquşub.

Reyting.az
xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələri məlumat yayıb.

Toqquşmalar nəticəsində 4 qaçaqmalçı öldürülüb, qalanları isə Suriya ərazisinə çəkilib.

Bəyanatda deyilir ki, qaçaqmalçılar əlverişsiz hava şəraitindən və qalın dumandan istifadə edərək sərhədi keçməyə çalışsalar da, İordaniya qüvvələri “onların sızmasının qarşısını almaq üçün nişanlanma qaydalarını tətbiq edib”.

Bildirilir ki, külli miqdarda narkotik və silah ələ keçirilib.

Qeyd edək ki, yanvar ayında İordaniya və Suriya sərhədlərinin təhlükəsizliyini təmin etmək, silah və narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq və İŞİD yaraqlılarının yenidən canlanmasının qarşısını almaq üçün birgə təhlükəsizlik komitəsi yaratmaq barədə razılığa gəliblər.

Qərb narkotiklərlə mübarizə rəsmiləri Captaqon kimi tanınan və asılılıq yaradan amfetamin stimulyatorun illərdir Suriyada kütləvi istehsal edildiyini, İordaniyanın Körfəz ölkələri üçün tranzit nöqtəsi olduğunu deyir.

V. QULİYEV
Chosen
32
2
reyting.az

3Sources