EN

ABŞ dövlət katibi alnında qara xaçla efirə çıxdı... - FOTO

Yazını böyüt
Yazını kiçilt

ABŞ dövlət katibi Marko Rubio alnında qara xaçla “Fox News” da çıxış edib və bu, izləyicilərin diqqətini cəlb edib.

Hafta.az xəbər verir ki, bu haqda “Rossiyskaya qazeta” məlumat yayıb.

Rubio katolikdir və həmin günün əvvəlində kütləvi dini mərasimə qatılaraq, Pasxa bayramından əvvəlki dövr olan Lentin Kül çərşənbəsinin əhəmiyyətini vurğulayıb.

Söhbət kül xaçdan gedir - bu, Böyük Pəhrizin başlanğıcını qeyd edir və tövbə əlaməti və insanın külə çevriləcəyinin rəmzi olaraq "başa kül səpmək" ilə ifadə edilir.

Rubio beləliklə bildirib ki, o, katolik, anqlikan və bəzi lüteran kilsələrində sərt orucun başlanğıcı olan Kül çərşənbəsi mərasimində iştirak edir. Həmin gün  Pasxadan 46 təqvim günü əvvəl qeyd olunur.

“Fox News” qeyd edib ki, bu səviyyəli dövlət məmurları üçün dini simvollarla efirə çıxmaq nadir haldır.

 

Chosen
60
hafta.az

1Sources