EN

QARABAĞ QAZİSİ 3 İLDİR İŞ TAPA BİLMİR... - "Dövlət Məşğulluq Xidmətinə müraciət etmişəm, amma..."

Ağcabədi rayon sakini, 44 günlük Qarabağ savaşının qazisi Abbasov Abbas Azad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İşsizlikdən əziyyət çəkən qazinin müraciətini olduğu kimi dərc edirik:

“Yazıb sizdən xahiş edirəm ki, problemimi şıqlandırasınız.

Bildirim ki, qaziyəm, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə yaralanmışam. 5 medalla təltif olunmuşam. Kəşfiyyat taborunda xidmət etmişəm. Hal-hazırda da müalicə alıram.

İşləmirəm, gəlir yerim yoxdur. 3 ildir Dövlət Məşğulluq Agentliyinə müraciət etmişəm. Lakin hələ də məni işlə təmin etmirlər". 

Qazinin müraciəti ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O, məsələnin araşdırılacağını bildirdi.

Jalə FAMİLQIZI

Chosen
8
hurriyyet.az

1Sources