EN

İlon Mask: Avropa liderləri əbədi müharibə istəyir

Bakı, 6 mart, AZƏRTAC

ABŞ hökumətinin effektivliyi departamentinin (DOGE) rəhbəri İlon Mask hesab edir ki, Avropa ölkələrinin bəzi liderləri əbədi müharibə istəyirlər.

AZƏRTAC xəbər verir ki, amerikalı sahibkar bu barədə özünün sosial media hesabında yazıb.

“Avropanın bəzi liderləri əbədi müharibə istəyirlər. Əgər onların məntiqinə əməl etsək, müharibə heç vaxt bitməyəcək”, - deyə İlon Mask Danimarkanın Baş naziri Mette Frederiksenin “Ukrayna üçün sülh müharibədən pisdir”, - dediyi sözlərini paylaşaraq yazıb.

Milyarder bundan öncə Volodimir Zelenskinin Ukraynadakı münaqişənin həllinə deyil, “əbədi müharibəyə” can atdığını yazmışdı.

Qeyd edək ki, Avropa İttifaqı martın 6-da Brüsseldə müdafiə məsələləri və Ukraynaya yardımla bağlı fövqəladə sammit keçirəcək. Qurumun nümayəndəsinin sözlərinə görə, hər iki mövzu ABŞ-ın yeni administrasiyasının Ukrayna müharibəsi və Avropanın müdafiəsi ilə bağlı mövqeyi kontekstində müzakirə olunacaq.

Chosen
47
50
azertag.az

10Sources