EN

Sumqayıtda Reabilitasiya Mərkəzində yanğın - Video - Yenilənib

Sumqayıtda tikilidə yanğın başlayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Reabilitasiya Mərkəzində olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, sözügedən mərkəz narkotik aludəçilərinin müalicəsi üçün nəzərdə tutulub.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 540kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb.

Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Chosen
29
19
qafqazinfo.az

10Sources