Rusiya Ukraynada xarici sülhməramlıların yerləşdirilməsi məsələsində kompromisi mümkün hesab etmir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, bu, hibrid müharibə deyil, NATO-nun Rusiya ilə münaqişəyə birbaşa cəlb olunması demək olacaq.