Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları qar çox yağan bölgələrdə fəaliyyətlərini davam etdirir.
Azadmedia.az xəbər verir ki, Şamaxı- Dəmirçi yoluna yağan qar səbəbindən sürücülərin hərəkətində problem yaranmaması üçün qurum əməkdaşları işlərini davam etdirir.
Şamaxı rayonunun digər kəndləri ilə yanaşı, Şamaxi-Dəmirçi yolu da qardan təmizlənir
Gecədən başlayaraq, qurum əməkdaşları gücləndirilmiş rejimdə çalışıblar. Sürücü və piyadaların hərəkəti tam və təhlükəsiz bərpa edilib.