EN

Latviyalı deputatlar Ruben Vardanyan üçün sərt cəza tələb edirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli amillərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə "CNN Prima News" xəbər verib.
Latviyalı deputatlar R.Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu "Putinin sponsoru" və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər.
Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında Kreml yönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.
Deputatlar bəyanatlarında "Vardanyanın fəaliyyətinin fərqli vaxtlarda müxtəlif ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq media tərəfindən diqqət çəkdiyini və pislənildiyini" xatırladırlar.
Oliqarx 2023-cü ilin payızından Bakıda həbsdədir. O, həbsdən əvvəl rəhbərlik etdiyi tanınmamış separatçı qurumun ərazisindən Ermənistana qaçmağa cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. R.Vardanyan terrorizm, qanunsuz silahlı birləşmələrin təşkili və maliyyələşdirilməsi, hərbi cinayətlər və məcburi deportasiyada ittiham olunur.
"CNN Prima News", həmçinin vurğulayır ki, Qarabağdakı keçmiş qondarma rejimin rəhbərlərindən biri olmuş Vardanyan altı il bundan əvvəl Avropa İttifaqının sanksiyalarından yayınmağa cəhd göstərməsinə baxmayaraq, indi Azərbaycanda məhkəmə qarşısına çıxarılıb və onu ömürlük həbs gözləyir.
Chosen
7
oxu.az

1Sources