Dünyanın aparıcı Bitget kripto platformasının Azərbaycanın rəqəmsal maliyyə bazarına daxil olması bu sektorun inkişafına ciddi təkan verəcək.
Bu gün təşkil olunan təqdimatdan da görünürdü ki, yetərincə böyük kriptobirjadır. Dövriyyə milyardlarladır.
Düşünürəm ki, Bitget ölkəmizdə treyderlər və investorlar üçün yeni ticarət imkanları yaradacaq.
Binance-dən sonra Azərbaycan bazarına Bitget in də daxil olması sektorda rəqabətli mühitin də inkişafına dəstək olacaq.
Yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Ümumiyyətlə, Mərkəzi Bankın bu sahəyə daha yumşaq münasibət sərgiləməsindən sonra ölkəmizdə yerli kripto bazarda canlanma diqqət cəlb edəndir.
Xatırladıram ki bir müddət öncə Mərkəzi Bankın dəstəyilə SandBox çərçivəsində ölkənin ilk koini-PortCoin kriptovalyutası yaradılıb.
Bitget yerli bazarın inkişafına, universitetlərlə əməkdaşğın gücləndirilməsinə, startap ekosistemə, blockchain və kripto sahəsinin inkişafına yönəlik tədbirlərə dəstək göstəriləcəyini bildirib.
Bitget-in Əməliyyatlar üzrə Direktoru Vüqar Usi Zadəyə uğurlar arzulayırıq !
P.S. Platformanın Azərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində öyrədici materialların yerləşdirilməsi faydalı olardı.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti
Demokratikmusavat.com