EN

İğdır-Naxçıvan qaz kəməri: “Türk dünyasının birləşməsinə...”

"Martın 5-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı olub. Qaz boru kəməri Naxçıvanın mavi yanacaqla təminatı baxımdan böyük əhəmiyyət daşıyır".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Azər Badamov deyib. 

Deputat bildirib ki, boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir:

“Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.

Bildirim ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırır. Gələcəkdə isə yüksək gərginlikli elektrik xətlərinin və Zəngəzur dəhlizi açılandan sonra Naxçıvandan Türkiyəyə bağlantılarımız yaranacaqdır.

Bu gün Zəngəzur dəhlizinin açılması bizim başlıca hədəflərimizdəndir və bu dəhliz vasitəsilə həm də yüksək gərginlikli elektrik xətləri çəkiləcək".

Onun sözlərinə görə, hazırda Naxçıvanla Türkiyə arasında tikilən yol-nəqliyyat şəbəkəsi və enerji ixrac xətləri uzun illər xalaqlarımızın rifahının yaxşılaşmasına və türk dünyasının birləşməsinə xidmət edəcək".

Chosen
19
cebheinfo.az

1Sources