“Bavariya” Bart Verbruggeni transfer etməyi planlaşdırır.
“Mirror” qəzetinin məlumatına görə, Münhen klubunun baş məşqçisi Vensan Kompani “Anderlext”də birlikdə çalışdığı 22 yaşlı qolkiperin oyununu çox bəyənir.
Belçikalı mütəxəssis Verbruggeni müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq 38 yaşlı Manuel Noyerin əvəzləyicisi kimi görür.
Bart bu mövsüm bütün turnirlərdə “Brayton”un heyətində 27 oyun keçirib, 39 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.