EN

Azərbaycan boksçusu beynəlxalq turnirin yarımfinalına yüksəlib

Azərbaycan boksçusu beynəlxalq turnirin yarımfinalına yüksəlib.

Azərbaycanın gənc bokçusu Banuçiçək Nəsirli (48 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.

"Operativ Media" xəbər verir ki, idmançı 1/4 final mərhələsində qazaxıstanlı Aiym Tankibayevlə üz-üzə gəlib.

Görüş Nəsirlinin qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Chosen
23
operativmedia.az

1Sources