EN

MS-nin oyunçusu əməliyyat olundu

Natan Ake əməliyyat olunub.

“Mançester Siti”nin oyunçusu İngiltərə kubokunun “Plimut” ilə 1/8 final matçında (3:1) zədə almışdı. Ayağının alt hissəsi xəsarət alan niderlandlı müdafiəçinin sıraya nə vaxt dönəcəyi haqda məlumat verilmir. Bununla belə, Ake üçün mövsümün erkən sona çatdığını ehtimal etmək olar.

O, bu mövsüm MS-nin heyətində bütün turnirlərdə 18 oyun keçirib. Bunun səbəbi isə Natanın bir neçə dəfə zədə almasıyla bağlıdı.

Chosen
18
football-plus.az

1Sources