EN

Vüqar Qurbanov xəstəxana rəhbərini işdən çıxardı - Yeni təyinat

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

TƏBİB sədrinin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyin olunub.

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

Qeyd edək ki, Rasim Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi və eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

Mənbə: oxu.az

Chosen
110
38
oxu.az

10Sources