EN

Rusiya – Ukrayna savaşı hansı ölkənin iqtisadiyyatını çiçəkləndirib? -Araşdırma

Rusiya – Ukrayna arasında başlanan müharibə dünya iqtisadiyyatında müəyyən boşluqların yaranmasına səbəb oldu. Sözsüz ki, Avropa, Asiya həmçinin Cənubi Amerikaya belə məhzullarını göndərən Rusiya və Ukrayna bu savaş zamanı müəyyən  sankisyalara məruz qaldı. Bu sankisyaların nəticəsi olaraq Qərbə məxsus bir çox brend Rusiyadakı zavod və fabriklərini bağladı. Bəzi brend şirkətlər isə  Rusiyadakı aktivlərini satdı və Rusiya bazarını tərk etdiyini açıqladı. Azərbaycana isə qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar Rusiya və Qərb ölkələrindən gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün markalar Türkiyə və Asiya ölkələri istehsalı gəlməyə başladı ki, Rusiya və Qərb ölkələri zavodu ilə Türkiyə və Asiya ölkələri zavodu istehsalının keyfiyyəti tamamən fərqlidir. Yəni biz eyni qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq. Qərb ölkələri istehsalı olan markalarda müharibə səbəbindən daşınma xərcləri həddən artıq çox olduğu səbəbini əsas gətirərək qlobal brendlər Türkiyə və Asiya ölkələri istehsalı gətirməyə başladılar.

Məsələn illərdir Belçika istehsalı gələn Nutricia brendinin Aktivia və Danone yoqurtları müharibədən sonra Moldova istehsalı gəlməyə başladı ki, keyfiyyəti bərbaddır və  üstəlik qiymətidə artıb. Şəxsi gigiyena və təmizlik məhsullarından da nümunə gətirə bilərəm. Məsələn illərdir ki,  markaları Rusiya və Avropa ölkələri istehsalı gələn P&G brendinin əksər markaları son 3 ildir ki, Türkiyə və Asiya ölkələri istehsalı gəlir. Misal olaraq Ariel yuyucu toz markası əvvəllər Çexiya istehsalı gəlirdisə artıq Türkiyə istehsalı gəlir. Fairy qab şampunu markası əvvəllər Belarus istehsalı gəlirdisə bu gün Türkiyə istehsalı gəlir. Comet markası artıq yığışdırılıb. Əvvəllər Almaniya istehsalı gələn ağız baxım markası Blend-a-med artıq gəlmir onun yerinə Almaniya istehsalı Türkiyə bazarı üçün istehsal olunan Oral-B diş məcunları gəlir ki,  keyfiyyəti ümumiyyətlə bərbaddır. Oral-B-nin diş fırçalarıda əvvəllər İrlandiya istehsalı gəlirdisə indi isə Çin istehsalı gəlir.

Unilever brendidə illərdir Rusiya və Avropa ölkələri istehsalı gətirdiyi Clear, Domestos, Rexona, Dove, Camay, Lisnoy Balzam, Çista ya Linya və s. markaları artıq Türkiyə, Birləşik Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrin istehsalı gətirir. Henkel, Johnson & Johnson, Reckitt Benckiser və digər brendlərdə də eyni vəziyyətdir. Dərman vasitələrinə isə gəldikdə burda da eyni vəziyyətdir. Məsələn qrip və soydəyməyə qarşı olan Johnson & Johnson brendinə məxsus Rinza markası artıq Hindistan istehsalı gəlir keyfiyyəti isə bərbad vəziyyətdədir. Ürək xəstələri üçün əsasən yaşlı insanların  illərdir qəbul etdiyi Stada brendinə məxsus Kardio Maqnil dərmanı əvvəllər Almaniya istehsalı gəlirdisə indi isə Rusiya istehsalı gəlir.

Ümumiyyətlə GSK, Bayer, Sanofi və digər Qərb ölkələri dərman brendlərinin dərmanları məqsədli şəkildə yoxa çıxarılır əvəzində isə ucuz başa gəlsin deyə daha baha qiymətə sata bilsinlər deyə Türkiyənin Nobel İlaç, Vəfa İlaç və s. dərman şirkətlərinin dərmanları gətirilir. Məsələn bakteriyalara qarşı olan GSK brendinə məxsus Zinnat dərmanı illərdir satışda yoxdur.Başqa bir Portuqaliya istehsalı olan Atral brendinin NeoChef dərmanıda illərdir yoxa çıxıb bu dərmanların yerinə bakteriyalara qarşı Türkiyənin Nobel İlaç şirkətinin Meqaçet dərmanı  varki, onun da keyfiyyəti bərbaddır. İllərdir Rusiya, Belarus, Ukrayna istehsalı gələn Natrium xlor sistemi artıq Türkiyə istehsalı gəlir.

Bir sözlə aydın olur ki, Rusiya – Ukrayna müharibəsində ən çox qazanan elə Rusiyanın özüdür. Son 3 il ərzində Rusiya bir çox məhsulların istehsalını özü edir və xaricə valyuta axını yoxdur.

Chosen
56
veteninfo.az

1Sources