EN

Lavrov: Heç kim Makronun Putinə zəng etməsinə mane olmur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Qərb, o cümlədən Fransa ilə təmaslara hazır olduğunu təsdiqləyib.

“Cənab Makron vaxtaşırı o qədər qürurla bəyan edir ki, Putinə zəng edib onunla danışacaq. Onun belə imkanları var, heç kim, necə deyərlər, qadağan etmir”, – Lavrov xatırladıb.

O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin həmkarları ilə təmaslara açıq olduğunu daim vurğulayır.

Bundan əvvəl Lavrov Makronun nüvə ritorikasının Rusiya üçün təhlükə olduğunu bildirmişdi.

DOĞRU.AZ

Chosen
33
dogru.az

1Sources