EN

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın NATO ilə əməkdaşlığını müzakirə edib

Bu gün Milli Məclisin nümayəndə heyəti Azərbaycanın NATO ilə əməkdaşlığını müzakirə edib.

Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib.

Bu barədə Operativ Media NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib.

Chosen
67
50
operativmedia.az

10Sources