Azərbaycanda tammetrajlı yeni bədii-sənədli filmin istehsalına başlanılır.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Kino Agentliyindən məlumat əldə edib.
Məlumata görə, sözegdən ekran əsərinin adı “Atropatena”dır. Filmin ssenarisi və sujet xətti hələki ictimaiyyətə açıqlanmayıb.
Amma buna baxmayaraq, Agentlik filmin istehsalı işlərinin icrasını “Caspian Media Group” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, “Atropatena”nın ekranlaşdırılması 962 823 manata başa gələcək.