EN

İsrail hər ərəb və müsəlman ölkəsini təhdid olaraq görür -Fidan

BAKI, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bütün ərəb və müsəlman ölkələrini təhlükə kimi qəbul etdiyini və bunun son dərəcə təhlükəli olduğunu bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Fidan İngiltərənin “Financial Times” qəzetinə müsahibəsində qeyd edib ki, İsrailin sərhədyanı dövlətləri zəif saxlamaq strategiyası qəbuledilməzdir.

“Quruda davam edən hücumlar və yeni hərbi hərəkətlər açıq-aşkar təxribatdır”, – deyə Fidan vurğulayıb.

Fidan ABŞ Prezidenti Donald Trampın siyasətləri ilə bağlı fikir bildirərək qeyd edib ki, bu, Türkiyənin öz müstəqil təhlükəsizlik strategiyasını qurmaq üçün bir xəbərdarlıqdır.

“Əgər NATO zəifləyərsə və ya dağılarsa, Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir parçası olmaq istəyəcək”, – deyə nazir əlavə edib.

O, Avropanın təhlükəsizlik sistemində dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb.

Fidan həmçinin Suriyada PKK/YPG terror təşkilatının mövcudluğunu qəbul edilməz hesab etdiklərini bildirib.

“Ankara bu məsələnin həll olunması üçün Dəməşq rəhbərliyinə şans verilməsini istəyir”.

O qeyd edib ki, lazım gələrsə, Türkiyə PKK/YPG-nin nəzarətində olan həbsxanalar və düşərgələri ələ keçirə bilər.

“Suriyanın qonşuları olaraq öz regional platformamızı yarada bilsək, ABŞ geri çəkilsə belə, İŞİD-ə qarşı mübarizəmizi davam etdirə bilərik”, – deyə Fidan əlavə edib.

Chosen
34
50
turkic.world

10Sources