EN

MDB PA-nın iclasında süni intellektlə bağlı qanun layihəsi müzakirə edilib

Bakı. Trend:

Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının(MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfransformatında iclası keçirilib.Tədbirdə MDB PA–da Milli Məclisinnümayəndə heyətinin üzvləri- MDB PA-nın elm və təhsil üzrə daimikomissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvüFariz İsmayılzadə iştirak ediblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

İclasda “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzvdövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsisisteminin normativ-hüquqi tənzimlənməsi” və digər qanun layihələriətrafında müzakirələr aparılıb.

Onlayın iclasın sonunda komissiyanın növbəti iclasının tarixi vəgündəliyi müəyyənləşdirilib.

Chosen
11
az.trend.az

1Sources