Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə zəng etmək planlarını açıqlayıb, lakin bunu etməyib, Rusiya lideri isə öz növbəsində təmaslara açıq olduğunu dəfələrlə vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
"Cənab Makron vaxtaşırı o qədər fəxrlə bəyan edir ki, Putinə zəng edəcək, onunla danışacaq. Onun belə imkanları var, necə deyərlər, heç kim qadağan etmir", - deyə Lavrov qeyd edib.
Lavrov həmçinin bildirib ki, Moskva Makronun nüvə ritorikasını Rusiya üçün təhlükə kimi görür.