EN

“Biznesə daxilolma” indikatoru ilə bağlı yeni Yol Xəritəsi təsdiq edilib

Bakı. Trend:

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesədaxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin vəkommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə YolXəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyatərəfindən təsdiq edilib.

Trend-ə bubarədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Yol Xəritəsinə əsasən, bu il təsis payınınözgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydiyyat orqanıtərəfindən onlayn qaydada Ədliyyə Nazirliyindən əldə edilərəkkommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyataalınmasını nəzərdə tutan qanunvericilik layihələrinin hazırlanmasıplanlaşdırılır.

Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilətənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digərdövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydadaqeydiyyat orqanına təqdim olunması ilə bağlı texniki imkanınyaradılması gözlənilir.

Eyni zamanda, 2025-ci ildə xarici investisiyalı MMC-lərinelektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsinelektron apostil verilmiş xarici mənşəli sənədlərinin ElektronApostil Proqramı vasitəsilə yoxlanılaraq tərcüməsinin notariustərəfindən informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsivə qeydiyyat orqanına təqdim olunması ilə əlaqədar texniki imkanınyaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidmətirəhbərlik edir.

Yol Xəritəsi ilə ətraflı aşağıdakı linkdə tanış olmaqmümkündür:

https://www.taxes.gov.az/uploads/2025/strategiya/Business%20Entry_2025%20roadmap_21.02.2025.pdf

Chosen
52
7
az.trend.az

8Sources