Astana. Trend:
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və ŞimaliAtlantika Bürosunun direktoru Nikolas Rallo “Azərbaycan HavaYolları” (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanınhazırladığı ilkin hesabatı yüksək qiymətləndirib.
Trend xəbərverir ki, Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevləgörüşdə Nikolas Rallo qazax tərəfinin və bütün təhqiqatkomissiyasının səylərini yüksək qiymətləndirib və qeyd edib ki,onların səyləri qəzadan sonra ilkin hesabatın 1,5 aydan az müddətdəbaşa çatmasında imkan verib.
“Mən sizi istintaq prosesi boyu Beynəlxalq Mülki Aviasiyahaqqında Konvensiyaya tam əməl olunmasını təmin etməyə davam etməyəçağırıram”, o əlavə edib.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində AzərbaycanRespublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznışəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən“Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlətreyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisindəAktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ikiuçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisivə 35 sərnişin həlak olub.
İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq,pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğusayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatınıxilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəzaenişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruriqəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyəedilərək tibbi yardım göstərilib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan RespublikasınınBakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları”QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyataalınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşabaşladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlıvəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetməsisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsiləöz təsdiqini tapmışdır.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hərhansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDRvasitəsilə təsdiq olunmuşdur.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədənQroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkənGPS siqnallarının itməsi halı ilə üzləşmişdir.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindənQroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonrakapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbuledilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla ikidəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyənedilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravliksistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-cihidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və korzədələrin olması faktı aşkar olunmuş və foto, habelə videoqeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajınınarxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çoxsayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur.
7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənarobyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumattəqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarlatoqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdimedilməmişdir.
8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinəməxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həminkənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnindəictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənarobyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədiləəlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləriitirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatıbarədə Qoznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hərhansı bir məlumat qeyd olunmamışdır.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabathazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatınhazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmadaiştirak edən digər dövlətlər tərəfindən artıq işlərbaşlanılmışdır.