Finss.az - Çərşənbə günü ABŞ-n fond birjalarda ümumilikdə 1%-dən çox artım müşahidə olundu.
Bu artımda, xüsusən avtomobil istehsalçıları olan General Motors, Ford və Stellantis səhmlərinin qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi önəmli rol oynayıb.
Ağ Ev, General Motors, Ford və Stellantis şirkətlərinə ABŞ, Meksika və Kanada arasında azad ticarət sazişi çərçivəsində idxal edilən avtomobillər üçün bir ay müddətinə idxal rüsumlarından azad etməyi təklif etdi. Bununla bağlı olaraq, ekspertlər, ABŞ-ın prezidenti Donald Tramp tərəfindən tətbiq edilən rüsumların, Kanadadan və Meksikadan gələn avtomobillərin qiymətini əhəmiyyətli dərəcədə artıracağını vurğulayıb.
Avtomobil sektoru ilə yanaşı, digər sektorlarda da müsbət inkişaflar oldu. Freeport-McMoRan Inc. səhmləri 9,3%, Moderna Inc. səhmləri isə 15,9% yüksəlib. Eyni zamanda, məşhur pərakəndə şirkətləri Foot Locker və Palantir Technologies də müsbət göstəricilər nümayiş etdirərək müvafiq olaraq 5,1% və 6,8% artım əldə ediblər.
Bununla yanaşı, Abercrombie & Fitch vÉ™ Campbell’s kimi ÅŸirkÉ™tlÉ™rin sÉ™hmlÉ™ri mÉ™nfi nÉ™ticÉ™ göstÉ™rib. Abercrombie & Fitch sÉ™hmlÉ™ri 9,2% düşüb, Campbell’s ÅŸirkÉ™ti isÉ™ 2,9% qiymÉ™t itkisi yaÅŸayıb.
Neft qiymətlərinin düşməsi səbəbindən, neft istehsalçıları səhmləri də qiymət itkisi ilə üzləşib. Chevron, Exxon Mobil və ConocoPhillips səhmləri müvafiq olaraq 0,8%, 2% və 1,9% ucuzlaşıb.
ÇərÅŸÉ™nbÉ™ günü Dow Jones Industrial Average 1,1% artaraq 43,006,59 bÉ™ndÉ™ yüksÉ™lib. Standard & Poor’s 500 indeksi isÉ™ 1,1% artaraq 5,842,63 bÉ™ndÉ™ çatıb. Nasdaq Composite isÉ™ 1,5% yüksÉ™lÉ™rÉ™k 18,552,73 bÉ™ndi görüb.