EN

Şotland klubunun azarkeşi İstanbulda keçindi

UEFA Avropa Liqasının 1/8 finalında "Fənərbaxça" ilə səfərdə qarşılaşacaq "Reyncers"in azarkeşi İstanbulda vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyalı azarkeş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Həm "Reyncers", həm də "Fənərbaxça" bu faciəvi hadisə ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edərək mərhumun yaxınlarına başsağlığı veriblər. 

Bu gün keçiriləcək "Fənərbaxça" - "Reyncers" matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.


Telegram kanalımız
Chosen
27
1
yenisabah.az

2Sources