EN

Türkiyə Ukraynaya sülhməramlı göndərə bilər

Hurriyyet.az xəbər verir ki, Ankara Ukraynaya sülhməramlılar göndərilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.

Türkiyə hərbçiləri sülhməramlı missiya çərçivəsində Ukraynaya göndərilə bilər. Bu barədə məlumatı "Milliyet" qəzeti ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadla verib. Mənbə bildirib ki, Müdafiə Nazirliyində hesab edirlər ki, ədalətli və möhkəm sülh hər iki tərəfin ədalətli və bərabər şəkildə təmsil edilməsi ilə əldə edilə bilər. Türkiyə bu prosesdə regionda sülhün bərqərar olmasına və Ukraynanın dirçəlməsinə yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləyir. Müdafiə Nazirliyi münaqişənin dayandırılmasına yönəldilmiş diplomatik təşəbbüsləri dəstəkləyir.

Hürr Tərcüman

 

Chosen
10
1
hurriyyet.az

2Sources