Finss.az - Ağalıda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbulu prosesi davam edir
Kənd Təsərrüfatı Nazirliyi Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı məlumatlandırma sessiyalarına başlayıb. Məlumatlandırma sessiyaları torpaqların əkin məqsədli istifadəyə verilməsinin şərtləri və tələbləri barədə Ağalı sakinlərinin maarifləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbulu prosesinin sürətləndirilməsi məqsədi daşıyır.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağalıya səfər çərçivəsində əvvəlcə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul şəxsləri arasında görüş keçirilib. Görüşdə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Ağalı kəndinin sakinləri də iştirak ediblər.
TÉ™dbiri giriÅŸ sözü ilÉ™ açan nazir müavini Ä°lhamÉ™ QÉ™dimova bildirib ki, AÄŸalı kÉ™ndi üzrÉ™ kÉ™nd tÉ™sÉ™rrüfatı tÉ™yinatlı torpaqların É™kin mÉ™qsÉ™dli istifadÉ™yÉ™ verilmÉ™si üçün müraciÉ™tlÉ™rin qÉ™bulu prosesi martın 1-dÉ™n davam edir. AÄŸalı kÉ™ndi üzrÉ™ kÉ™nd tÉ™sÉ™rrüfatı tÉ™yinatlı torpaqların É™kin mÉ™qsÉ™dli istifadÉ™yÉ™ verilmÉ™si AzÉ™rbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrÉ™li FÉ™rmanının 4.1-ci bÉ™ndi vÉ™ AzÉ™rbaycan Respublikası NazirlÉ™r Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrÉ™li qÉ™rarı ilÉ™ tÉ™sdiqlÉ™nÉ™n “AzÉ™rbaycan Respublikasının iÅŸÄŸaldan azad edilmiÅŸ É™razilÉ™rindÉ™ kÉ™nd tÉ™sÉ™rrüfatı tÉ™yinatlı torpaqların kÉ™nd vÉ™ qÉ™sÉ™bÉ™ sakinlÉ™rinÉ™ güzəştli ÅŸÉ™rtlÉ™rlÉ™ icarÉ™yÉ™ verilmÉ™si Qaydaları”na É™sasÉ™n hÉ™yata keçirilir. Ä°ÅŸÄŸaldan azad edilmiÅŸ rayonlarda torpaqların istifadÉ™yÉ™ verilmÉ™sinÉ™ ilk dÉ™fÉ™ AÄŸalı kÉ™ndindÉ™n start verildiyini deyÉ™n nazir müavini bildirib ki, kÉ™nddÉ™ mÉ™skunlaÅŸan vÉ™ yaÅŸayan sakinlÉ™rdÉ™n müraciÉ™tlÉ™rin qÉ™bulu martın 31-dÉ™k davam edÉ™cÉ™k.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açır. Mart ayından Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli kənd sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması kənd sakinlərinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına və sosial həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcək. Cahid Mövlayev əlavə edib ki, digər işğaldan azad olunmuş rayonlarda olduğu kimi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da aparılan bərpa-quruculuq işləri, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə daim xüsusi önəm verilir.
Görüş çərçivəsində Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli, İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı tərəfindən Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər barədə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə ayrılması üçün müraciət edən Ağalı kənd sakinləri ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 aprel-31 may tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.






Zemfira Ms
Finss.az