EN

Daun sindromlu uşaqlar üçün yaz düşərgəsinə start verilib

Bakı, 6 mart, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Daun sindromlu uşaqlar üçün yaz düşərgəsinə start verilib.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixososial dəstəyin göstərilməsi məqsədilə təşkil edilən düşərgəyə 25 uşaq valideyni ilə qatılıb.

Martın 5-15-ni əhatə edəcək düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən valideynlər üçün təlimlər, uşaqlar üçün isə inkişafetdirici interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda, iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramı, maraqlı ekskursiyaların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən Daun sindromlu uşaqlar üçün ənənəvi olaraq təşkil edilən yaz düşərgəsinə indiyədək (3 il ərzində) 65 uşaq valideyni ilə qatılıb.

Chosen
17
1
azertag.az

2Sources