EN

Neslihan Atagül və Kadir Doğulu valideyn oldu

Türkiyənin məşhur aktrisası Neslihan Atagül ilk dəfə ana olub.

Yenisabah.az xəbər verir ki, aktrisanın bu gün oğlu dünyaya gəlib. Cütlük üçün bu hadisə böyük sevinc mənbəyi olub.

Neslihan Atagül və Kadir Doğulu uzun illərdir ki, Türkiyənin ən sevilən sənət cütlüklərindən biri hesab olunurlar. Onlar 2016-cı ildə möhtəşəm bir toy mərasimi ilə ailə həyatı qurublar. Bu gün isə münasibətlərinin ən gözəl anlarından birini yaşayaraq valideyn olmağın xoşbəxtliyini hiss edirlər.

Məşhur cütlük yeni doğulan övladları ilə bağlı hələ ki, rəsmi açıqlama verməsə də, yaxın dostları və pərəstişkarları sosial şəbəkələrdə onları təbrik etməyə başlayıblar. 

İzləyiciləri və pərəstişkarları cütlüyə xoşbəxtlik və yeni doğulan körpələrinə sağlam həyat arzulayıblar.


Telegram kanalımız
Chosen
25
yenisabah.az

1Sources