EN

Yeni tarif siyasəti ABŞ-ı daha çox vuracaq

Yeni

Amerikalıların əksəriyyəti yeni sorğuda prezident Donald Trampın rüsumları artırmasının yükünü digər ölkələr deyil, ABŞ-nın çəkəcəyini bildiriblər.

Reyting.az
xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

Qeyd olunur ki, “ABŞ-a idxal olunan xarici məhsullara tətbiq edilən tariflərin dəyəri” ilə bağlı suala cavab verənlərin 54 faizi “əsasən ABŞ bizneslərinin və insanlarının” ən böyük yükü hiss edəcəyinə inanırlar.

Respondentlərin 24 faizinin fikrincə, ən çox əziyyət çəkən məhsul ixrac edən ölkədəki şirkət və insanlar olacaq.

Respondentlərin 68 faizi hesab edir ki, ABŞ-a idxal olunan xarici mallar üzrə tariflərin artırılması bahalaşma ilə nəticələnir.

Sorğu iştirakçılarının 8 faizi isə bildirib ki, ABŞ-a idxal olunan xarici mallara tariflərin artırılması qiymətlərə təsir etmir.

Onu da qeyd edək ki, sorğu 1-4 mart aralığında keçirilib və 1638 nəfər iştirak edib.

V. QULİYEV
Chosen
25
reyting.az

1Sources