EN

Moskva Makrona məsləhət verdi: Ollanddan soruş!

Fransa prezidenti Emmanuel Makron sələfi Fransua Ollanddan Minsk razılaşmalarının uğursuzluğunun əsl səbəbini soruşmalıdır.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu məsləhəti Fransa liderinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib.

“Düşünürəm ki, o, sələfi, Fransanın keçmiş prezidenti Ollandı Yelisey sarayına dəvət etməli və onunla danışmalıdır. "Ürəkdən ürəyə" deyərdim, baxmayaraq ki, onlarda buna əmin deyiləm. Ola bilsin ki, o zaman Ollandın ictimaiyyət və kamera qarşısında dediklərini ondan eşidər. Məhz o, Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmadığını bildirib”, - diplomat deyib.

Bundan əlavə, Zaxarova Almaniyanın keçmiş kansleri Angela Merkelin də oxşar etirafını xatırladıb. O qeyd edib ki, avropalı siyasətçilər Minsk razılaşmaları ilə bağlı niyyətlərini “işgəncə və təzyiq altında” açıqlanayıblar, lakin imzalanmış sazişləri həyata keçirmək niyyətində olmadıqlarını açıq şəkildə bildiriblər.

Chosen
3
1
publika.az

2Sources