EN

Səfir: Azərbaycan və Qazaxıstan AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasında sıx əməkdaşlıq edir

Azərbaycan və Qazaxıstan 2024-ci ilin dekabrında Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasında sıx əməkdaşlıq edir.

“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoglanov “The Astana Times” nəşrinə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Qazaxıstan hökuməti tərəfindən yaradılmış xüsusi dövlət komissiyası təyyarə qəzasının səbəblərinin araşdırılmasını davam etdirir. İlkin hesabat yanvarda dərc edilib.

Chosen
99
50
report.az

10Sources