“Srvena Zvezda” basketbol klubu 10 min avro məbləğində cərimələnib.
İdman.biz xəbər verir ki, buna səbəb serbiyalı azarkeşlərin Avroliqada Litva “Jalgiris”i ilə oyunda rəqibi qıcıqlandıran Rusiyayönümlü hərəkətlər etmələri olub.
“Srvena Zvezda”lı fanatlar “Katyuşa” mahnısını oxuyub, Rusiya bayraqlarını dalğalandıraraq qonaqlara psixoloji təsir etməyə çalışıblar. Buna baxmayaraq, "Jalgiris" Serbiya səfərindən 86:80 hesablı qələbə ilə qayıda bilib.
İdman.biz