EN

Hacıqabulda ikimərtəbəli obyektdə yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəHacıqabul rayonu, İ.Qayıbov küçəsində obyektdə yanğın baş verməsibarədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-inDövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon YanğındanMühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumatverilib.

Məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmişzəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli mansardtipli obyektin mansardında baş vermiş yanğın genişlənərək digərmərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdəsöndürülüb.

"Yanğın nəticəsində çay evi kimi fəaliyyət göstərən ümumi sahəsi220kv.m. olan ikimərtəbəli obyektin mansardının yanarkonstruksiyaları 110 kv.m. sahədə yanıb. Obyektin qalan hissəsiyanğından mühafizə olunub", - məlumatda qeyd edilib.

Chosen
15
22
az.trend.az

10Sources