EN

“ABŞ Prezidenti Donald Trampın hərəkətləri...” – "Ox yaydan çıxdı"

“Əgər NATO ləğv olunarsa, Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq istəyər. ABŞ Prezidenti Donald Trampın hərəkətləri öz mərkəzimizi yaratmaq və birləşmək zərurəti haqqında xəbərdarlıqdır”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Financial Times” nəşrinə müsahibəsində deyib.

Avropanın təhlükəsizliyi ilə bağlı danışan Fidan “Ox yaydan çıxdı və onu geri qaytarmaq mümkün deyil. Prezident Tramp indi Avropanı tərk etməmək qərarına gəlsə belə, tamamilə mümkündür ki, gələcəkdə oxşar baxışlara və siyasi ideyalara malik olan kimsə ABŞ-nin Avropa təhlükəsizliyinə töhfəsini azaltmağı düşünə bilər”, - Fidan deyib.

“AzPolitika.info”

Chosen
53
azpolitika.info

1Sources