EN

Rusiya ilə Fransa arasında gərginlik: Ard-arda müharibə mesajı verildi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Emmanuel Makronun Fransanın nüvə potensialından Avropanın təhlükəsizliyi üçün istifadə etmək planlarına reaksiya verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Lavrov Makronun planlarının Rusiya üçün təhdid olduğunu bildirib.

“Avropa qoşunlarının Ukraynada olması Rusiya ilə hibrid müharibə deyil, NATO ölkələrinin müharibədə bilavasitə iştirakı demək olacaq. Ukraynada yerləşdirilən sülhməramlı qüvvələri NATO-nun varlığı kimi qiymətləndirəcəyik”, - Lavrov qeyd edib.

Chosen
12
publika.az

1Sources