EN

Qəzzada dağıntılar altından 6 meyit çıxarıldı

Qəzza zolağında son 24 saatda daha 6 fələstinlinin meyiti dağıntılar altından çıxarılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fələstin  Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən 19 yanvar atəşkəs rejiminə qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 446-ya, yaralı sayının isə 111 min 852-ə yüksəldiyi bildirilib.

HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir. Qəzzada Səhiyyə Nazirliyi atəşkəs başlayandan bəri İsrailin hücumları nəticəsində 116 fələstinlinin öldüyünü, 490 nəfərin isə yaralandığını açıqlayıb.

Chosen
27
1
cebheinfo.az

2Sources