EN

Ermənistan Avropa İttifaqındakı nümayəndəliyində hərbi attaşe vəzifəsini təsis edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqı (Aİ) və Belçikadakı daimi nümayəndəliyində respublikanın hərbi attaşesi vəzifəsinin təsis edilməsini təsdiqləyib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Bu, Ermənistanın Aİ-dəki nümayəndəliyinə göndərdiyi ilk hərbi attaşedir. 2024-cü ilin fevralında respublikanın NATO yanında hərbi attaşesi vəzifəsi təsis edilib.
"Hökumət "Diplomatik xidmət haqqında" qanunu rəhbər tutaraq, Ermənistanın Avropa İttifaqında, eləcə də Belçikadakı nümayəndəliyinə respublikanın hərbi attaşesinin təyin edilməsi barədə qərar qəbul edir", - deyə hökumətin qərarında bildirilir.
Layihənin əsaslandırmasında qeyd edilir ki, qərar Ermənistanın Aİ və Belçika ilə müdafiə sektorunda əməkdaşlığının intensivləşdirilməsi ilə əlaqədar qəbul edilib.
Vurğulanır ki, Avropa Sülh Fondu çərçivəsində Ermənistana göstərilən dəstək, respublikanın Aİ-nin böhranların idarə olunması missiyalarında iştirakı ilə bağlı çərçivə sazişi üzrə danışıqlara başlanması, o cümlədən Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının yeni gündəliyində təhlükəsizlik və müdafiə komponentinin əhəmiyyətli dərəcədə genişləndirilməsi Aİ ilə hərbi əməkdaşlığın daha da inkişafı üçün əlverişli şərait yaradıb.
Chosen
20
oxu.az

1Sources