Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 13:30 radələrində həkimlər tərəfindən ölü döl aşkar edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBIB-dən xəbər verilib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
Fəridə
***
15.26
Sumqayıtda ölü döl tapılıb.
APA xəbər verir ki, ölü dölün Perinatal Mərkəzin və Uşaq xəstəxanasının yaxınlığında açıq sahədə aşkarlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.