EN

İranın paytaxtında su böhranı dərinləşir

BAKI, TurkicWorld

İranın paytaxtı Tehran beşinci quraqlıq ilinə qədəm qoyduğu üçün su istehlakını 20 faiz azaltmaq çağırışı edilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İran Tələbə Xəbər Agentliyinin (İSNA) məlumatına görə, paytaxtı su ilə təmin edən bəndlərdə su səviyyəsinin aşağı düşməsi və yağıntıların 45 faiz azalması su qıtlığı riskini artırıb.

Tehran Su İdarəsi əhalini yay aylarında su kəsilməsinin qarşısını almaq üçün istehlakı azaltmağa çağırıb.

“Tehranın su ehtiyatları və istehlakı arasında balanssızlıq var. Bəzi evlərdə gündə adambaşına 500 litr su sərf edilir ki, bu da standartlardan xeyli yüksəkdir”. - deyə bildirilib.

Həddindən artıq su sərf edən abonentlərə əvvəlcə xəbərdarlıq ediləcək, yüksək istehlak davam edərsə su təminatı məhdudlaşdırılacaq.

Bundan əlavə, hava proqnozları gələn il də quraqlığın davam edəcəyini göstərir, bu da suyun idarə olunmasını daha da vacib edir.

Chosen
31
turkic.world

1Sources